Modern.az

Şüyüdün inanılmaz FAYDALARI

Şüyüdün inanılmaz FAYDALARI

Aktual

22 May 2022, 16:39

Şüyüd tərkibindəki müxtəlif vitaminlər, mikroelemenetlər, beta-karotin, fol turşusu və digər faydalı birləşmələrə görə əvəzolunmaz bitkidir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı dietoloq təlimçi Pavel Terexov bildirib.

 

O, ucuz və asan tapılan məhsulu süfrələrin ən vacib inqridienti adlandırıb.

 

"Bu məhsul olmadan heç bir süfrə tam deyil: şorbalar, pürelər, salatlar, marinadlar - siyahı sonsuzdur", - mütəxəssis davam edib.

 

Həkim şüyüdün faydalarını sadalayarkən, onun vitamin və mikroelementlərin çatışmazlığını kompensasiya etdiyini, həmçinin ürək-damar sisteminə faydalı təsir göstərdiyini vurğulayıb.

 

"Bu bitki damar genişləndirən təsirə malikdir və damar divarını gücləndirir", - deyə o, əlavə edib.

 

Terexov qeyd edib ki, şüyüd orqanizmi toksinlərdən də təmizləyir, çünki o, ödün orqanizmdən xaric olmasını təmin edir və bağırsaqları yumşaldır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı