Modern.az

Şimali Koreyada böyük təhlükə - COVID tüğyan edir 

Şimali Koreyada böyük təhlükə - COVID tüğyan edir 

Aktual

22 May 2022, 16:51

Şimali Koreyada COVID-19 virusuna daha 186 min şübhəli yoluxma və bir ölüm faktı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkənin epidemiya ilə mübarizə qərargahına istinadla ötən sutka ərzində 186 min 90 nəfərdə qızdırma simptomları müşahidə olunduğu barədə məlumat yayıb.

 

Daha bir nəfərin ölməsi ilə tələfat sayı 67-yə yüksəlib.

 

Qeyd edək ki, uzun müddət ölkədə СOVID-19 virusunun olmadığını bəyan edən, hətta COVAX proqramı çərçivəsində vaksinlərdən də imtina edən rəsmi Pxenyan mayın 12-də virusa ilk yoluxmalar barədə açıqlama verib.

 

KCNA agentliyi ilk yoluxma hallarından bəri 2,64 milyon nəfərdə qızdırma aşkarlandığını açıqlasa da, neçə nəfərin koronavirus testinin cavabının pozitiv olması barədə məlumat verməyib. Agentlik yoluxanların 2,06 milyon nəfərinin sağaldığını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı