Modern.az

Millimizin qapıçısının “Qarabağ”da 100-cü oyunu

Millimizin qapıçısının “Qarabağ”da 100-cü oyunu

Aktual

22 May 2022, 17:17

Ağdamın “Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

 

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi oyunu XXVIII turun “Neftçi” ilə matçına təsadüf edib. Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb.

 

Ş.Məhəmmədəliyev Premyer Liqada 2013/2014-cü il mövsümündə “Sumqayıt”ın heyətində debüt edib. O, bu komandada 33 oyunda 49, “Qarabağ”dakı 67 matçda 35 qol buraxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı