Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü İsrailə səfər edəcək.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu, son 15 ildə XİN başçısının İsrailə ilk səfəri olacaq.
Bundan əvvəl Çavuşoğlu mayın 25-də israilli həmkarı Yair Lapidlə görüşmək üçün İsrailə səfər etməyi planlaşdırdığını bildirmişdi. Nazir İsrail səfərindən bir gün əvvəl Fələstinə də getmək niyyətindədir.