Filippinin Luzon adasının sahillərində gəminin yanması nəticəsində azı 7 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsinin rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb.
Yanan gəmidə 124 sərnişin olub, onlardan 105-i xilas edilib.
Məlumata görə, səhər saat 05:00 radələrində gəmi Polillo adasından ayrılaraq Luzon adasına doğru yola düşüb. Yanğın təyinat məntəqəsinə 1 km-dən az qalmış baş verib. Hadisənin səbəbləri hələlik məlum deyil.