Modern.az

Polis saxlamaq istədiyi şəxsə atəş açdı

Polis saxlamaq istədiyi şəxsə atəş açdı

Aktual

23 May 2022, 11:36

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu zaman polis əməkdaşı tabel silahından havaya 1 dəfə atəş açıb və görülən tədbirlərlə o saxlanılıb.

 

Şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı