Modern.az

QHT-lərlə bağlı vəziyyət qənaətbəxş deyil - Aygün Əliyeva

QHT-lərlə bağlı vəziyyət qənaətbəxş deyil - Aygün Əliyeva

Aktual

23 May 2022, 11:47

Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında bu il iyunun 13-də memorandum imzalanacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

 

O bildirib ki, Agentlik bir ilə yaxındır fəaliyyət göstərir.

 

"Biz artıq 6 aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada regional konfrans keçirdik. Orada QHT-lərlə görüşlər oldu. Vəziyyət bizim istədiyimiz kimi deyil, qənaət bəxş sayılmır", - A.Əliyeva deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı