Modern.az

Ləğv prosesində olan 2 bankın əmlakı hərraca çıxarılır

Ləğv prosesində olan 2 bankın əmlakı hərraca çıxarılır

Aktual

9 İyun 2022, 12:39

İyunun 22-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin, iyunun 29-da isə “Texnikabank” ASC-nin daşınar və daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

 

Bildirilib ki, söhbət “Atabank”a məxsus 1 ədəd "ProLiant DL360 Gen9" markalı server avadanlığından və “Texnikabank”a məxsus Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 17 ünvanında yerləşən 284,4 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

 

Əmlaklara müvafiq olaraq 1,6 min manat və 60 min manat qiymət qoyulub.

 

Xatırladaq ki, “Atabank”ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarları ilə 2020-ci ildə, “Texnikabank”ın lisenziyası isə 2016-cı ildə ləğv edilib.

 

Qeyd edək ki, “Texnikabank” 1994-cü ildə dövlət qeydiyyatına alınıb. “Atabank” isə 2000-ci ildə yaradılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı