Modern.az

Türkmənistan prezidenti sabah Putinin qəbulunda olacaq

Türkmənistan prezidenti sabah Putinin qəbulunda olacaq

Aktual

9 İyun 2022, 14:46

Türkmənistan prezidenti Serdar Berdimuhammedov Rusiya lideri Vladimir Putinin dəvəti ilə iyunun 10-da Moskvaya səfər edəcək.

Modern.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları ticarət, siyasət və regional məsələləri müzakirə edəcəklər.

"İyunun 10-da Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Türkmənistan prezidenti Serdar Berdimuhammedov Rusiyaya səfər edəcək. Bu, onun dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra (19 mart 2022-ci il) ilk rəsmi xarici səfəri olacaq", - məlumatda deyilir.


Bildirilir ki, danışıqlarda siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı məsələlərinin bütün spektrinin, aktual regional və beynəlxalq mövzuların müzakirəsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı