Berlində bir qrup məktəblini vuran sürücünün əvvəllər də psixi problemləri olub.
Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, bunu Berlinin daxili siyasət üzrə senatoru İris Spranger deyib.
"Şübhəli şəxs... erməni əsilli adam 2015-ci ildə vətəndaşlıq alıb. Bizdə məlumat var ki, şübhəli şəxsin əvvəllər psixi problemləri olub".
Sprangerin sözlərinə görə, şübhəli şəxsdən heç bir etiraf qeydi tapılmayıb, avtomobildə “plakatlar” tapılıb, istintaq onların hadisə ilə nə dərəcədə əlaqəli olduğunu öyrənir.
Spranger əlavə edib ki, o, hazırda insidenti "əqli cəhətdən zəif olan bir insanın amok (əsassız aqressiv davranış) halı" kimi qiymətləndirir.
İyunun 8-də Qərbi Berlinin mərkəzində avtomobil piyada izdihamının üstünə çıxıb - onlar Almaniya paytaxtına ekskursiyaya gələn Hessendən bir qrup orta məktəb şagirdi olub. Yeniyetmələri müşayiət edən müəllim dünyasını dəyişib. Bəziləri ağır olmaqla daha 14 nəfər yaralanıb.