Modern.az

Bakıda 21 şagird Lütfi Zadə adına Məntiq Olimpiadasının qalibi olub

Bakıda 21 şagird Lütfi Zadə adına Məntiq Olimpiadasının qalibi olub

Aktual

9 İyun 2022, 16:59

2021-2022-ci tədris ilində Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 21 paytaxt məktəblisi qalib olub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Modern.az-a bildirilib ki, 1 nəfər birinci, 6 nəfər ikinci, 14 nəfər isə üçüncü yerin sahibi olub.

 

V sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi Lütfi Zadənin irsini təbliğ etmək və şagirdlərin məntiqi biliklərinin inkişafına təkan verməkdən ibarətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...