Modern.az

Bakı metrosu iş rejiminə dəyişiklik etdi

Bakı metrosu iş rejiminə dəyişiklik etdi

Aktual

10 İyun 2022, 14:52

“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib.

 

Bu barədə Modern.az-a Bakı metropolitenindən bildiriblər.

 

Bununla əlaqədar yarışın keçiriləcəyi məkanlara yaxın olan stansiyalarda əlavə işçi personalı ayrılmaqla növbətçilik cədvəli tərtib olunub.

 

Qatarlar texniki cəhətdən mümkün optimal qrafik üzrə hərəkət etdiyindən, gur saatlarda cədvələ dəyişiklik edilməsi mümkün olmasa da, ehtiyat qatarların xəttə verilməsi nəzarətdə saxlanılır.

 

Yarışla əlaqədar günün müxtəlif vaxtlarında sərnişinlərin axın istiqamətlərinin dəyişməsi ehtimalı olduğundan ehtiyat qatarlar istənilən an xəttə çıxmağa hazır saxlanılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı