Modern.az

“Kommunikasiyaların açılmasında maraqlıyıq” - Paşinyan

“Kommunikasiyaların açılmasında maraqlıyıq” - Paşinyan

Aktual

10 İyun 2022, 17:36

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının nümayəndələrini qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Görüşdə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanın XİN rəhbərləri və KTMT-nin baş katibi Stanislav Zas iştirak edib.

 

KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə Ermənistanın baş naziri regiondakı mövcud vəziyyət barədə danışıb, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın fəaliyyətinə, sərhədlərin açılmasına toxunub.

 

Baş nazir vurğulayıb ki, Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı