Modern.az

Qurtuluş gününə həsr olunmuş elmi konfrans keçirilib

Qurtuluş gününə həsr olunmuş elmi konfrans keçirilib

Aktual

10 İyun 2022, 18:03

Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri qoymuşlar. Sonra ali təhsil ocağının V tədris korpusuna gələrək universitetin son illər əldə etdiyi nailiyyətləri əks etdirən sərgiyə baxıblar.

 

Elmi konfrans Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad olunmasında şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra elmi konfrans öz işinə başlamışdır. Konfransı giriş sözü ilə Universitetin rektoru, professor Yusif Yusibov açaraq qonaqları salamlamış və qeyd etmişdir ki, dahi şəxsiyyət, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı  və qurucusu Heydər Əliyevin doğum günləri hər il universitet tərəfindən böyük təntənə ilə qeyd edilir. 

 

Rektor daha sonra çıxışında qeyd edib, o xalq xoşbəxtdir ki, onun ümummilli lideri var. Bu baxımdan Azərbaycan xalqı da özünü xoşbəxt hesab edə bilər. Çünki, bu dahi şəxsiyyət bütün çətin anlarda öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək, xalqını bütün bəlalardan qorumuşdur. İndi onun başladığı isişləri siyasi varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Ata nəsihətini uğurla yerinə yetirən ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan Qarabağ torpaqlarını düşməndən azad edib.

 

Qeyd edək ki, beynəlxalq konfransda 10 ölkədən gəlmiş 60-a yaxın alim iştirak edir. Müzakirə olunan mövzu ilə bağlı təqdim olunan 560 məruzə  5 cildlik jurnallarda çap edilmişdir. Konfrans 13 bölmədə öz işini davam etdirəcək.

 

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqının inkişafına göstərdiyi diqqətdən, elmi kadrların hazırlanmasında həyata keçirdiyi tədbirlərdən danışmış, ölkə başçısı İlham Əliyevin onun daxili və xarici siyasətinin davam etdirilməsində gördüyü işlərdən danışıb.

 

Türkiyə Respublikasının Gəncədəki baş konsulu Zeki Öztürk, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış edərək beynəlxalq elmi konfransın işinə uğurlar arzulayıblar.

 

Konfrans öz işinə plenar iclasda davam etdirib. İclasda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimi Məhəmməd Babanlı, Gəncə Dövlət Universitetinin botanika kafedrasının müdiri, Əməkdar Elm Xadimi Vaqif Novruzov müxtəlif məruzələrlə çıxış ediblər.

 

Qətnamənin oxunması ilə konfransın birinci plenar iclası başa çatmışdır. Fasilədən sonra beynəlxalq elmi konfrans bölmə iclaslarında öz işini davam etdirmişdir. Bölmə iclaslarında konfrans iştirakçılarının müxtəlif mövzularda maraqlı məruzələri dinlənilib.

 

İki gün davam edəcək beynəlxalq elmi konfransın iştirakçıları üçün maraqlı ekskursiyalar təşkil ediləcəkdir. Onlar dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi muzeyinə, Qoşa Qala Arxeologiya və Etnoqrafiya muzeyinə, 44 günlük müharibə zamanı ermənilərin Gəncə şəhərinə raket hücumları nəticəsində dağılmış ərazilərə, tarixi Cavadxan küçəsinə, Gəncə çayı sahilində yaradılmış park-bulvar  kompleksinə, Məhsəti Gəncəvi Mərkəzinə və sair terlərə ekskursiyalara gedəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı