Modern.az

“Bizim qadınlarımız qəhrəmandır” - Zelenskaya

“Bizim qadınlarımız qəhrəmandır” - Zelenskaya

Aktual

10 İyun 2022, 18:45

Ukrayna Silahlı Qüvvələrində 37 min qadın xidmət edir, onlardan mindən çoxu artıq komandirdir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya deyib.

 

“Bizim həkimlərin əksəriyyəti qadınlardır. Sahibkarlarımızın 50 faizi qadınlardır və onlar iqtisadiyyatı inkişaf etdirmək üçün çalışırlar. Ukrayna Silahlı Qüvvələrinin sıralarında 37 min qadın var. Artıq mindən çox qadın komandir olub”, - deyə birinci xanım bildirib.

 

Onun sözlərinə görə, ukraynalı qadınları passiv qurban adlandırmaq olmaz, çünki onların hər birinin özünəməxsus müqavimət tarixi var: “Bizim qadınlarımız hər günü qələbəni yaxınlaşdıran super qəhrəmanlardır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı