Modern.az

“Hər şeyin pərdəsini açacağam” - Baş nazirdən xəbərdarlıq

“Hər şeyin pərdəsini açacağam” - Baş nazirdən xəbərdarlıq

Aktual

12 İyun 2022, 10:51

"Əgər Avropa Komissiyasının qərarı ədalətsiz və ölkəmiz, xalqımız üçün təhqiramiz olarsa, hər şeyin pərdəsini açacam və xalqımıza hər şeyi deyəcəm".

 

Modern.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Baş nazir qeyd edib ki, iyunun 24-nə qədər Avropa Komissiyasının qərarını gözləyəcək və o vaxta kimi əlavə məlumat verməyəcək:

 

"Avropa Komissiyasının rəyi iyunun 17-də olacaq, əsas qərar 23-24 iyunda elan ediləcək. O vaxta qədər mən sadəcə gözləyəcəm və xalqımız qarşısında çox danışmayacam. Əgər qərar ədalətsiz, ölkəmizə və xalqımıza qarşı təhqiredici olacaqsa, hər şeyin pərdəsini açacam, xalqımıza hər şeyi deyəcəm. Mən nəzəriyyə ilə deyil, yalnız faktlarla danışacam".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı