Modern.az

Nazirlik əlilliklə bağlı yeni məlumat YAYDI

Nazirlik əlilliklə bağlı yeni məlumat YAYDI

Aktual

12 İyun 2022, 12:53

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-may ayları ərzində 30 minədək şəxsə əlillik təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

 

Onlardan 8600-ü ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır.

 

Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...