Modern.az

Ankaradan Fransadakı ölüm hadisəsinə REAKSİYA

Ankaradan Fransadakı ölüm hadisəsinə REAKSİYA

Aktual

12 İyun 2022, 13:34

"Fransa mətbuatında yer alan həbs prosesinin son görüntülərinin qanunun aliliyinə uyğun olmadığı hər kəsə aydındır".

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.

 

"Merter Kəskin adlı vətəndaşımız 12 yanvar 2021-ci ildə Fransanın Selestat şəhər polis bölməsində nəzarətdə olarkən vəfat edib. Məsələ Fransanın ədliyyə orqanlarına çatdırılıb və istintaq prosesi davam edir.

 

Hadisədən xəbər tutan Fransadakı nümayəndələrimiz mərhumun ailəsi ilə sıx əlaqə saxlayır və lazımi hüquqi və mənəvi dəstəyi davam etdirirlər. Dünyasını dəyişən vətəndaşımızın ölüm səbəblərinin ən qısa zamanda aydınlaşdırılmasını gözləyirik. Biz hadisələri izləməyə davam edəcəyik", - T. Bilgiç bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı