Modern.az

Yaponiya və Çin razılaşdı: danışıqlar davam edəcək

Yaponiya və Çin razılaşdı: danışıqlar davam edəcək

Aktual

12 İyun 2022, 13:49

Yaponiya və Çinin müdafiə nazirləri təhlükəsizlik sahəsində ikitərəfli dialoqun davam etdirilməsi barədə razılaşıblar.

 

Modern.az Kyodo agentliyinə istinadən xəbər verir ki, bu barədə razılaşma Yaponiyanın müdafiə naziri Nobuo Kişi ilə Çinin müdafiə naziri Vey Fenhe arasında Sinqapurda keçirilən görüş zamanı əldə edilib.

 

Görüşdə Yaponiyanın müdafiə naziri Çinin Şərqi Çin və Cənub Çin dənizlərində hərəkətləri ilə bağlı narahatlığını ifadə edərək, bu ölkəni təmkinli olmağa çağırıb.

 

Bundan əlavə, N.Kişi Yaponiya sərhədləri yaxınlığında Rusiya və Çinin birgə təlimlərindən narahatlığını da bildirərək, bu təlimləri “Yaponiyaya qarşı yönəlmiş nümayişkaranə hərəkət” adlandırıb.

 

Yaponiyanın müdafiə naziri, həmçinin bildirib ki, Tayvan boğazında sülhün qorunması regionda sülhün və sabitliyin açarıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı