Almaniya Balkan ölkələrinin Avropa İttifaqına (Aİ) qoşulması prosesinə kömək edəcək.
Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ilə görüşündən sonra bildirib.
Şolts artıq Şimali Makedoniyanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağa çağırıb.
“İki il əvvəl vəd edilmiş üzvlüklə bağlı danışıqlar indi başlamalıdır. İstənilən halda, mən bunu fəal şəkildə müdafiə edəcəyəm”, – Şolts vurğulayıb.
Qeyd edək ki, Şimali Makedoniya Aİ üzvlüyünə namizəd statusunu 17 il əvvəl alıb.