Modern.az

Ukrayna əcnəbi əsirləri onunla dəyişmək istəyir

Ukrayna əcnəbi əsirləri onunla dəyişmək istəyir

Aktual

12 İyun 2022, 16:21

Qondarma “Donetsk Xalq Respublikası”nda ölümə məhkum edilmiş üç əcnəbi döyüşçü ukraynalı siyasətçi və oliqarx Viktor Medvedçukla dəyişdirilə bilər.

 

Modern.az xəbər verir ki, yayılan məlumatlara görə, Ukrayna hakimiyyəti bu ideyaya müsbət yanaşır.

 

Bildirilib ki, ölkə rəsmiləri əcnəbi əsirləri azad etmək üçün oliqarxı təklif etməyə hazırdırlar.

 

Qeyd edək ki, “DXR” məhkəməsi Ukrayna silahlı qüvvələrinin üzvləri olaraq əsir alınmış britaniyalılar Şon Pinner və Eyden Aslin, həmçinin Mərakeş vətəndaşı Saadun Brahimi ölüm cəzasına məhkum edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı