Böyük Britaniya kraliçası II Yelizaveta tarixdə ən uzun müddət taxtda qalan monarxlar siyahısında ikinci yeri tutub.
Modern.az xəbər ki, bu barədə Sky News telekanalı məlumat yayıb.
Kraliça II Yelizaveta 1946-2016-cı illər arasında 70 il 126 gün taxtda olmuş Tayland kralı Bhumibol Adulyadeji qabaqlayıb.
Reytinqdə birinci yeri 1643-1715-ci illərdə 72 il 110 gün hakimiyyətdə olmuş Fransa kralı XIV Lüdovik tutub.
2015-ci ildə II Yelizaveta 1837-1901-ci illərdə taxtda olan ulu nənəsi Kraliça Viktoriyanın rekordunu qıraraq Britaniya tarixində ən uzun müddətli monarx olub.
II Yelizavetanın hakimiyyətinin 70-ci ildönümü 2022-ci il iyunun 2-dən 5-dək qeyd olunub. O, Britaniya taxtına 1952-ci ildə atası Kral VI Georgenin ölümündən sonra 26 yaşında gəlib.