Modern.az

Diplomatların şəxsi məlumatları küçədə tapıldı - Tbilisidə SKANDAL

Diplomatların şəxsi məlumatları küçədə tapıldı - Tbilisidə SKANDAL

مورد توجه

12 İyun 2022, 17:19

Paytaxt Tbilisinin Mickeviçi küçəsində Gürcüstanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin və müşahidəçi missiya üzvlərinin, eləcə də onların ailələrinin şəxsi məlumatları tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.

 

Məlumatda bildirilib ki, küçədə belə hadisənin baş verməsi barədə kanala yerli sakinlər məlumat verib.

 

Parlamentin üzvü Levan Xabeişvili həmin yerə gəlib. O bildirib ki, sənədlərdə Gürcüstanda fəaliyyət göstərən BMT və Avropa İttifaqının müşahidəçi missiyalarında çalışan şəxslərin, bir sıra Avropa və Asiya ölkələrinin səfirlik əməkdaşlarının, onların ailə üzvlərinin bank hesabları və digər şəxsi məlumatları yer alıb.

 

Məlumata görə, sözügedən sənədlər diplomatların əlavə dəyər vergisindən azad edilmələri üçün istifadə edilib. Səlahiyyətli şəxs deyib ki, sənədlər yerə atılmış vəziyyətdə olmayıb və bağlı qutuda saxlanılıb. O, sənədləri təhvil vermək üçün avtomobili əraziyə gətirməyə çalışıb.

 

Levan Xabeişvili belə hərəkəti yolverilməz adlandıraraq, məsələnin mütləq araşdırılmalı olduğunu söyləyib.

 

Küçədə tapılan sənədlər arasında müşahidəçi missiyalarından başqa Böyük Britaniya, İsveçrə, Ukrayna, İran, Türkiyə, Çin və digər ölkə nümayəndəliklərinin məlumatları da olub.

 

Qeyd edək ki, əraziyə polis əməkdaşları çağırılıb, araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı