Modern.az

Türkmənistan beynəlxalq uçuşları bərpa edir

Türkmənistan beynəlxalq uçuşları bərpa edir

Aktual

12 İyun 2022, 18:12

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov yaxın vaxtlarda beynəlxalq uçuşların bərpası barədə göstəriş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Prezident Berdiməhəmmədov Nazirlər Kabinetinin onlayn iclasında danışıb.

 

O, dünyada COVID-19-la bağlı vəziyyətin normallaşdığını və bir çox ölkələrə beynəlxalq səfərlər edildiyini bildirib.

 

Qeyd edək ki, iyunun 1-dən Türkmənistan həftədə bir dəfə Aşqabad-Dubay və Aşqabad-Kazan istiqamətlərinə müntəzəm uçuşlar həyata keçirməyə başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı