Modern.az

Fernando Alonso Bakıda yeni rekorda imza atıb

Fernando Alonso Bakıda yeni rekorda imza atıb

Aktual

12 İyun 2022, 18:35

“Alpine” komandasının pilotu Fernando Alonso Formula 1 Azərbaycan Qran-Prisində yeni rekorda imza atıb.

 

Modern.az xəbər verir ki, ispaniyalı pilot Bakı mərhələsində çıxış etməklə ən uzun karyeraya malik sürücü adına yiyələnib.

 

İspaniyalı pilot Formula 1-də 2001-ci ilin martında debüt edib. “Renault”, “McLaren” və “Ferrari” komandalarının sabiq sürücüsü Azərbaycan Qran-Prisində 21 il 3 ay və 8 gününü tamamlayıb.

 

Əvvəlki rekord isə artıq karyerasını başa vurmuş yeddiqat dünya çempionu Mixael Şumaxerə məxsus idi.

 

Qeyd edək ki, F.Alonso ikiqat dünya çempionudur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı