Modern.az

Toya hazırlaşan cütlük qəzaya düşdü - Oğlan öldü

Toya hazırlaşan cütlük qəzaya düşdü - Oğlan öldü

Aktual

12 İyun 2022, 19:53

Ötən gün Şəki şəhərində baş verən yol qəzasının bəzi təfərrüatları məlum olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Holavar kəndində "Mersedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub.

 

Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı