Modern.az

Ağstafada elektrik enerjisinin verilişi bərpa edilib

Ağstafada elektrik enerjisinin verilişi bərpa edilib

Aktual

12 İyun 2022, 23:10

Sel-qasırğa nəticəsində bir sıra fəsadlar yaranmış Ağstafa rayonunun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilib.

 

Bu barədə Modern.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

 

Bildirilib ki, hazırda hadisə baş verən yerlər də daxil olmaqla ölkənin bütün ərazisində elektrik enerjisi təchizatı tam qaydasındadır.

 

Qeyd edək ki, sel daşqınları və qasırğa nəticəsində Daşkəsən rayonunda da elektrik enerjisi təchizatında fasilə yaranmışdı. "Azərişıq" əməkdaşlarının gərgin əməyi nəticəsində rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi təchizatı bərpa edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı