Modern.az

Millətlər Liqasında 4-cü turun NƏTİCƏLƏRİ

Millətlər Liqasında 4-cü turun NƏTİCƏLƏRİ

Aktual

13 İyun 2022, 08:25

UEFA Millətlər Liqasının qrup mərhələsində dördüncü tura start verilib.

 

Modern.az xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə doqquz qarşılaşma baş tutub.

 

A Liqasının ikinci qrupunda İspaniya Çexiyanı qəbul edib. İspaniya yığması 2:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda İsveçrə Portuqaliyanı 1:0 hesabı ilə məğlub edib.

 

B Liqasının dördüncü qrupunda Norveç İsveçlə oyunda 3:2 hesabı ilə qalib gəlib. Sloveniya və Serbiya yığmalarının oyunu isə 2:2 hesablı bərabərliklə yekunlaşıb.

 

C Liqasının ikinci qrupunda Şimali İrlandiya və Kipr komandalarının görüşü 2-2 hesablı heç-heçə ilə bitib. Yunanıstan isə Kosovonu 2:0 hesabı ilə məğlub edib. Liqanın dördüncü qrupunda Gürcüstan Bolqarıstanı qəbul edib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Şimali Makedoniya isə Cəbəllütariqi 4:0 hesabı ilə məğlub edib.

Nəhayət, D Liqasının ikinci qrupunda Malta San Marinoya 1:0 hesabı ilə qalib gəlib.

 

UEFA Millətlər Liqası

A Liqası, 2-ci qrup

 

İsveçrə-Portuqaliya - 1:0

İspaniya-Çexiya - 2:0

 

B Liqası, 4-cü qrup

 

Norveç-İsveç - 3:2

Sloveniya-Serbiya - 2:2

 

C Liqası, 2-ci qrup

 

Şimali İrlandiya-Kipr - 2:2

Yunanıstan-Kosovo - 2:0

 

4-cü qrup

 

Şimali Makedoniya-Cəbəllütariq - 4:0

Gürcüstan-Bolqarıstan - 0:0

 

D Liqası, 2-ci qrup

 

Malta-San Marino - 1:0.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı