Modern.az

Qadının çantasından 3200 manat oğurlandı

Qadının çantasından 3200 manat oğurlandı

Aktual

13 İyun 2022, 12:06

Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində marşrut avtobusunda şəhər sakini S.Cəbiyevanın çantasından 3200 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov müəyyən edilərək saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan metamfetamin də aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?