Modern.az

Hacıqabulda “Milli Qurtuluşdan Tarixi Zəfərə” konfransı - FOTO

Hacıqabulda “Milli Qurtuluşdan Tarixi Zəfərə” konfransı - FOTO

Aktual

13 İyun 2022, 14:54

İyunun 13-də Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı və Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Milli Qurtuluşdan Tarixi Zəfərə" adlı konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov açdı və 15 iyun Milli Qurtuluş Gününün mahiyyəti, onun əhəmiyyəti barədə məlumat verib.

 

Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov çıxış edərək Milli Qurtuluş Gününün tariximizdə böyük ictimai və siyasi əhəmiyyətə malik olduğunu vurğuladı. Ümummilli Lider Heydər Əliyevin böyük siyasətə qayıdışının şərəfli xilaskar missiyasına – AZƏRBAYCANI AZƏRBAYCANA qaytarmaq məramına xidmət etdiyini,  ölkəmizi dağılmaq və məhv olmaq təhlükəsindən qurtardığını, onun itirilməkdə olan müstəqilliyinin qoruyub saxlanıldığını qeyd edib.

 

Ulu Öndər Heydər Əliyevin cızdığı strategiyanın layiqli davamçısı olan cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Zəfərə gedən yolun nidasının qoyulduğunu, Azərbaycanın güclü, qüdrətli, öz sözünü deyən, Qafqazda ən müasir orduya malik olan bir dövlətə çevrildiyini bildirdi. Bunun nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərkərdəliyi ilə ordumuzun 44-günlük Vətən Müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasını vurğulayıb.

 

R.Xəlilov son olaraq bildirdi ki, "Dəmir yumruq” əməliyyatı ilə qazanılan tarixi zəfərin əsasında, güclü, qüdrətli Qalib Azərbaycanın siyasi, iqtisadi, mədəni, hərbi sahədə inkişafının və tərəqqisinin təməlində Ulu Öndər Heydər Əliyev siyasi irsi, bu irsin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətləri və xalq-iqtidar birliyi dayanır.

 

Tədbirin sonunda YAP Hacıqabul rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş bir qrup partiya fəallarına Fəxri Fərmanlar və Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı