Modern.az

Deputatın müəllifi olduğu kitab türkiyəli rektora TƏQDİM EDİLDİ

Deputatın müəllifi olduğu kitab türkiyəli rektora TƏQDİM EDİLDİ

Aktual

13 İyun 2022, 16:14

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlının “Azərbaycan Respublikasının Tarixi” kitabının I və II cildi İstanbul Kent Universitetinin rektoruna təqdim edilib.

 

Modern.az xəbər verir ki, kitabı universitetin rektoru, professor Nəcməddin Atsüyə “Azedu Academy”nin direktoru Elşad Eyvazlı təqdim edib.

 

Təqdimat “Azedu Academy”nin təşkilatçılığı ilə Türkiyədə həyata keçirilən Azərbaycan universitetlərinin sərgisində baş tutub.

 

Qeyd edək ki, sərgiyə İstanbul Kent Universiteti ev sahibliyi edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı