Gələn ilin birinci rübündən Türkiyə Qara dənizdən qaz hasilatına başlayacaq.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaz hasilatı üçün Qara dənizə ilk boruların suya endirilməsi mərasimində deyib.
Onun sözlərinə görə, birinci mərhələ üzrə sutkada hasil ediləcək 10 milyon kubmetr təbii qaz əhalinin istifadəsinə veriləcək. Hasilatın pik dövrü 2026-ci ildə olacaq.
Ərdoğan qeyd edib ki, qazılacaq 40 quyu ilə gündəlik qaz hasilatı 40 milyon kubmetrə çatdırılacaq.