Modern.az

İranda güclü partlayış - 112 nəfər zəhərləndi

İranda güclü partlayış - 112 nəfər zəhərləndi

Aktual

14 İyun 2022, 00:19

İranda kimya zavodunda güclü partlayış olub.

 

Modern.az xəbər verir ki, hadisə Fars əyalətinin cənubunda yerləşən Firuzabad şəhərinin yaxınlığındakı natrium karbonat zavodunda baş verib.

 

Məlumata görə, partlayış nəticəsində azı 112 nəfər xəsarət alıb. Onlar xəstəxanalara çatdırılıb.

 

Xilasetmə xidməti zavoddan ammonyak sızması təhlükəsini aradan qaldırmağa çalışır. Hakimiyyət orqanları yeni zəhərlənmələrin qarşısını almaq üçün Cam şəhərindən Firuzabada gedən yolu bağlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı