Modern.az

Baydenin ikinci dəfə prezidentliyə namizəd olacağı təsdiqləndi

Baydenin ikinci dəfə prezidentliyə namizəd olacağı təsdiqləndi

Aktual

14 İyun 2022, 09:20

ABŞ-ın hazırkı prezidenti Co Baydenin 2024-cü ildə keçiriləcək seçkilərdə ikinci müddətə namizəd olacağı təsdiqlənib.
 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Karine Jean-Pierre qeyd edib.


“Deyə biləcəyim odur ki, prezident dəfələrlə 2024-cü ildə namizədliyini irəli sürməyi planlaşdırdığını söyləyib... Sadəcə onu deyə bilərəm ki, prezident planlaşdırdıqlarını etmək niyyətindədir”, - Jan-Pier CNN telekanalında bildirib.


Ağ Ev 79 yaşlı hazırkı prezidentin yaşının ikinci müddət üçün problem olduğuna dair iddiaları rədd edir.

Jean-Pierre əlavə edib ki, ABŞ administrasiyası bu məsələyə diqqət yetirmir və prezident diqqətini ABŞ sakinləri üçün işləməyə və onların həyatını yaxşılaşdırmağa yönəldir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı