Modern.az

“Azad qadın” heykəlinin aqibəti BƏLLİ OLDU

“Azad qadın” heykəlinin aqibəti BƏLLİ OLDU

Aktual

14 İyun 2022, 10:28

Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır.

 

Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır.

 

"Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcək. “Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-lərdə yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur", - deyə məlumatda vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı