Azərbaycanın qadın futbolçulardan ibarət millisi iyunun 24-dən 29-dək Türkiyədə təlim-məşq toplanışı keçirəcək.
Modern.az AFFA-nın rəsmi saytına istnadən xəbər verir ki, komandamız hazırlıq prosesi çərçivəsində Türkiyə yığması ilə 2 yoldaşlıq oyununda üz-üzə gələcək. Görüşlər iyunun 25-i və 28-də olacaq.
Milli komanda bundan əvvəl Bakıda toplanışı keçirəcək. Hazırlıq prosesi iyunun 18-də başlayacaq və 6 gün davam edəcək.