Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah Kəlbəcərdən sonra Laçın rayonuna səfər edib.
Modern.az xəbər verir ki, xarici səyyahlar Laçın dəhlizində olublar. Onlar daha sonra Qubadlıya gedəcəklər. Qonaqların Zəngilana da səfəri planlaşdırılıb.
Qeyd edək ki, Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan 24 səyyah işğaldan azad edilən ərazilərə səfər edib. Dünən onlar, Füzuli, Xocavənd, Şuşa, Ağdamda olublar.