Modern.az

“Ermənistanda baş verənləri başa düşürük” - Putin

“Ermənistanda baş verənləri başa düşürük” - Putin

Aktual

17 İyun 2022, 23:35

Rusiya Ermənistanda baş verən hər şeyi başa düşür və orada vəziyyətin sabit olmasında maraqlıdır.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ermənistanlı həmkarı Vaaqn Xaçaturyanla Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüşündə deyib.
 

"Biz bu gün Ermənistanda, Ermənistan ətrafında baş verən hər şeyi başa düşürük. Biz tərəfdaşlıq münasibətlərimizi inkişaf etdirmək əzmindəyik. Biz ölkədə vəziyyətin sabit olmasında və mütərəqqi inkişafın təmin edilməsində maraqlıyıq", - Putin bildirib.
 

O qeyd edib ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir və Moskva bunu yüksək qiymətləndirir.


Putin Ermənistanın rəhbəri Vaaqn Xaçaturyanın fəaliyyətinin Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da inkişafına və qardaş xalqların rifahı naminə qarşılıqlı faydalı Avrasiya inteqrasiya proseslərinin təşviqinə töhfə verəcəyinə əminliyini ifadə edib.


Vaaqn Xaçaturyan da öz növbəsində rusiyalı həmkarına Qarabağda 44 günlük müharibənin dayandırılmasına səbəb olan səylərə görə minnətdarlığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı