Modern.az

Bu gün 36 dərəcə isti olacaq

Bu gün 36 dərəcə isti olacaq

Aktual

19 İyun 2022, 08:45

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-31° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

 

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı