Modern.az

“Şimşək” dronu sınaqdan uğurla çıxdı

“Şimşək” dronu sınaqdan uğurla çıxdı

Aktual

18 İyun 2022, 19:21

Türkiyənin aviasiya və kosmos sənayesində daha bir yeniliyə imza atılıb. Belə ki, “ANKA” pilotsuz uçuş aparatına edilən əlavələr sayəsində “Şimşək” dronu sınaqdan uğurla çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

Paylaşımda bildirilib ki, “Şimşək” dronu fərqli faydalı yükləri daşımaq qabiliyyətinə malikdir. PUA-ların inkişafı və onların funksiya və imkanlarının genişləndiriməsi istiqamətində işlərimiz dinamik qaydada davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?