Modern.az

Gürcü döyüşçü Ukraynada öldürüldü

Gürcü döyüşçü Ukraynada öldürüldü

Aktual

19 İyun 2022, 09:30

Ukraynada davam edən döyüşlərdə daha bir gürcü əsilli hərbçi həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə hazırda Ukraynada müharibədə iştirak edən digər gürcü döyüşçülər məlumat yayıblar.

 

Bildirilib ki, gürcü hərbçi yaralı ukraynalı əsgəri xilas etməyə çalışarkən güllə yarası alaraq dünyasını dəyişib.

 

Qeyd edək ki, bugünədək Ukraynada həyatını itirmiş gürcü əsilli döyüşçülərin sayı 16 nəfərə çatıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı