Modern.az

Fransada seçkinin ikinci turu keçirilir

Fransada seçkinin ikinci turu keçirilir

Aktual

19 İyun 2022, 10:05

Bu gün Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək.

 

Modern.az xəbər verir ki, səsvermə nəticəsində 577 deputatın adı məlum olacaq. Deputat mandatını qazanmaq üçün siyasətçilər səslərin yarıdan çoxunu toplamalıdırlar.

 

Qeyd edək ki, birinci turun nəticələrinə əsasən, ilk sırada Fransa prezidenti Emmanuel Makronun “Birgə” koalisiyası (25,75 %) və Jan-Lük Melanşonun yaratdığı “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” sol blokunun nümayəndələri (25,66 %) yer alıblar. Üçüncü yerdə 18,7% səslə Marin Le Penin “Milli Birlik” partiyası qərarlaşıb.

 

Seçkilərin birinci turunda 50,2 %-lik rekord aşağı səviyyədə seçici fəallığı qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı