Modern.az

Məşhur boksçunu ABŞ-a buraxmadılar

Məşhur boksçunu ABŞ-a buraxmadılar

Aktual

19 İyun 2022, 10:51

Britaniyalı boksçu Tayson Fyuri ABŞ-a buraxılmayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançının Amerikaya uçan təyyarəyə minməsinə icazə verilməyib. Buna idmançının qadağan olunmuş maddələri yaymaqda şübhəli bilinən irlandiyalı kriminal lider Daniel Kinahanla əlaqəsi səbəb olub.

 

2022-ci ilin fevral ayında Fyuri Dubaya səfər edib və Kinahanla görüşdə çəkilmiş şəklini yayıb. Boksçu bildirib ki, bu, onun özünün də cinayətkar olması demək deyil.

 

İrlandiyalıya gəlincə, o, özünü narkobaron deyil, iş adamı hesab edir və bütün ittihamları rədd edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı