Modern.az

ANAMA-nın daha bir əməkdaşı Cəbrayılda minaya düşdü

ANAMA-nın daha bir əməkdaşı Cəbrayılda minaya düşdü

Aktual

19 İyun 2022, 11:28

İyunun 19-u saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bu barədə Modern.az-a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı