Modern.az

Yaponiyada güclü zəlzələ

Yaponiyada güclü zəlzələ

Aktual

19 İyun 2022, 11:49

İyunun 19-da yerli vaxtla saat 15:08-də Yaponiyanın mərkəzi hissəsində yerləşən İşikava prefekturasının sahillərində, Yapon dənizində 5,2 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

 

Yeraltı təkanların episentri İşikava prefekturasına daxil olan Noto yarımadasında, ocağı 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

 

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb. Sunami xəbərdarlığı elan edilməyib. Yeraltı təkanların Niiqata prefekturası da daxil olmaqla Yapon dənizi sahilində yerləşən ərazilərdə hiss olunduğu bildirilir.

Sizə yeni x var
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...