Modern.az

Dünyanın ən qədim futbol klubu hansıdır?

Dünyanın ən qədim futbol klubu hansıdır?

Aktual

19 İyun 2022, 12:35

İngiltərənin “Kristal Pelas” klubu dünyanın ən qocaman peşəkar futbol komandası olduğunu iddia edir.

 

Modern.az xəbər verir ki, hazırda İngiltərə Futbol Assosiasiyası 1857-ci ildə yaradılan və qeyri-peşəkar divizionda çıxış edən “Şeffild”i dünyanın ən qocaman klubu hesab edir.

 

Peşəkar liqanın ən qədim klubu isə 1862-ci ildə qurulan “Notts Kounti”dir.

 

Peter Manninqin araşdırmalarından sonra “Kristal Palas” klubun emblemindəki yaranma ilini 1905-ci ildən 1861-ci ilə dəyişib. O zaman qurulan komanda ilk matçını 1862-ci ildə keçirib.

 

Klubun yarandığı bu tarix rəsmi olaraq tanınsa, “Kristal Pelas” dünyanın hazırda mövcud olan ən qədim peşəkar futbol klubu sayılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı