“Aston Vila” klubu Uels millisinin kapitanı Qaret Beyli heyətinə qatmağı düşünür.
Modern.az-ın məlumatına görə, ulduz futbolçu Premyer Liqa təmsilçisinə keçəcək potensial oyunçular siyahısındadır.
33 yaşlı hücumçu azad agent statusu daşıdığından, bir çox klubun maraq dairəsindədir. İngiltərənin “Nyukasl” “Tottenhem” komandaları da onu heyətinə cəlb etməyin yollarını axtarır.
Qeyd edək ki, Qaret Beyl 2013-cü ildə keçdiyi “Real”dan bu yay ayrılıb.