Modern.az

"Herkules"in yeni versiyası çəkiləcək

Aktual

19 İyun 2022, 13:37

Britaniyalı rejissor Qay Riçi “Disney” studiyası üçün “Herkules” filminin yeni versiyasını çəkməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu məqsədlə ssenaristlər 1997-ci ildə çəkilmiş orijinal cizgi filmini tammetrajlı filmə uyğunlaşdırmalı olacaqlar.

 

“Herkules”in saundtreklərini “Ələddin”, “Su pərisi”, “Gözəl və bədheybət” kimi filmlərində çalışmış Alan Menken yazıb. Aktyor heyəti və çəkilişlərin başlama tarixi hələlik açıqlanmayıb.

 

Qeyd edək ki, Qay Riçi “Revolver”, “Şerlok Holms”, “Ələddin”, “Centlmenlər” kimi məşhur filmərin rejissorudur.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər