Gürcüstanın azərbaycanlılar yaşayan Dmanisi rayonundan 25 kilometr cənub-qərbdə yerləşən Sameba kəndi yaxınlığında yenidən zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə şimal-qərb qonşumuzun Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 12:43-də 3.0 bal gücündə baş verib.
Xatırladaq ki, Dmanisi bələdiyyəsində son bir neçə aydır ki, müntəzəm olaraq zəlzələ qeydə alınır.