Modern.az

NATO-dan xəbərdarlıq: Putin bilməlidir ki...”

NATO-dan xəbərdarlıq: “Putin bilməlidir ki...”

Aktual

19 İyun 2022, 14:51

"İyunun sonunda Alyansın Sammitində Rusiya təşkilatın tərəfdaşı deyil, NATO-ya təhlükə olaraq qiymətləndiriləcək".

 

Modern.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

 

O, bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsi uzun müddət davam edə bilər və ona hazırlıq lazımdır:

 

"Dünya daha təhlükəli hala gəlib. Biz bəyan edirik ki, Rusiya tərəfdaş deyil, təhlükəsizliyimiz, sülh və sabitliyimiz üçün təhdiddir. Biz bu müharibənin illərlə başa çatmasına hazırlaşmalıyıq və biz Ukraynaya dəstəyi dayandırmamalıyıq".

 

Nüvə müharibəsi təhlükəsinə gəlincə, Stoltenberq Rusiyanın nüvə silahından istifadəyə hazırlığının yüksək səviyyədə olduğunu hələ görmədiyini deyib:

 

"Rusiyanın nüvə silahından istifadəsinin təhlükəli və məsuliyyətsiz olması ilə yanaşı, Putin də bilməlidir ki, nüvə müharibəsində qalib gəlmək qeyri-mümkündür və bu, heç vaxt baş verməməlidir. Bizim Rusiyaya açıq siqnalımız odur ki, NATO həmişə üzv dövlətlərini qoruyub".

 

Qeyd edək ki, iyunun 28-30-da Madriddə NATO sammiti keçiriləcək. Sammitdə Alyansa üzv dövlətlərin Ukraynaya yeni yardım paketi hazırlayacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı